Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ERMƏNİ GÜLƏŞÇİSİNİ MƏĞLUB EDƏN XOCALI BALASI

0

  •         Hüseynquliyev Nihad Ələkbər oğlu 2001-ci il noyabr ayının 2-də Gəncədə anadan olmuşdur. Valideynləri düşmən tapdağında qalan Xocalı rayon Kərkicahan qəsəbə sakinləridir. Güləşə olan marağını görən atası onun adını güləş məktəbinə yazdırmışdır. Nihad Gəncə şəhər birinciliyində, eləcə də rayonlararası turnirlərdə uğurlu yarışlar keçirərək Fəxri fərman və diplomlara layiq görülmüşdür. 02.12.2016-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə III yer uğrunda mübarizədə erməni güləşçisini məğlub edərək kuboka sahib olmuşdur.
            Nihaddan qazandığı uğurun təəssüratlarını alarkən o, bildirdi ki, erməni ilə güləşərkən ancaq fikirləşirdim ki, qələbə qazanmalıyam.
            Müəllimi “Əməkdar məşqçi”  Elçin Zeynalovun əməyini yüksək dəyərləndirən Nihadın 13.03.2017-ci il tarixdə təşkil ediləcək Respublika çempionatında uğurlu nəticəsini gözləyirik. Onun qazandığı uğurlara təhsil aldığı Xocalı rayon Kərkicahan qəsəbə tam orta məktəbin müəllim kollektivi və şagirdləri, həmçinin Xocalı rayon ictimaiyyəti sevinir, nailiyyətlərinin daha da yüksək olmasını arzulayırlar.

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib28 dəfə
    ERMƏNİ GÜLƏŞÇİSİNİ MƏĞLUB EDƏN XOCALI BALASI

    Maraqlı gələ bilər
    39
    0